Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Moskva şəhərində Rusiya Federasiyasının Rəqəmli inkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Maksut Şadayevlə görüşüb.
Bu barədə azərbaycanlı nazir özünün media hesabında yazıb.
Rəşad Nəbiyev bildirib ki, iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
“Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldik”, – deyə nazir əlavə edib.