Xalq artisti Ağadadaş Ağayevin vəziyyəti yaxşılaşmağa doğru gedir.
Bir neçə gün əvvəl Türkiyədə 5 saatlıq ağır əməliyyat keçirən Xalq artistinin səhhəti barədə aparıcı Hacı Nuran Hüseynov İnstaqramda məlumat verib. O, A.Ağayevlə fotosunu paylaşaraq müğənninin səhhətinin yaxşı olduğunu bildirib:
“Sizin dualarınız sayəsində Xalq artisti Ağadadaş Ağayev 5 saat davam edən əməliyyatdan sağ-salamat çıxdı. Hazırda qardaşım yaxşıdır, özünü gümrah hiss edir. Dostumun sevinci mənim sevincimdir. Tanrı səni qorusun, əziz dostum… Sən milyonların duasına layiq oğulsan”.