Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı – YENİ TƏYİNAT

0
316
Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - YENİ TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.

Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.