Rusiyanın İrkutsk şəhərində yerləşən “IrAero” aviaşirkəti mayın 19-dan etibarən Samara-Bakı reysi ilə müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.
Bu barədə “İnterfaks” xəbər yayıb.
Məlumata görə, uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günləri “SuperJet 100” təyyarəsi ilə həyata keçiriləcək.