Bu maskalar TƏHLÜKƏLİDİR

0
375
Bu maskalar TƏHLÜKƏLİDİR

Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssisi Rıdvan Karaali standartlara cavab verən maskalara üstünlük verilməli olduğunu bildirib və islanan nəm maskaların dərhal dəyişdirilməsinin lazım olduğunu vurğulayıb.

Karaali yoluxmaların sayının artdığı son günlərdə ÜST-ün standartlarına uyğun olaraq yoxlanılan maskalardan istifadə etməyin vacibliyinə diqqət çəkib.

Mütəxəssis havaların isindiyi bu günlərdə islanmış nəm maskalardan istifadə edilməməli olduğunu və qapalı mühitlərdə mümkün qədər az qalmağın lazım olduğunu deyib.

Satışda bir çox məhsulun olduğunu, ancaq müəyyən standartlara cavab verən maskaların istifadəsinin əhəmiyyətinə diqqət çəkən R.Karaali tibbi maskaların ən effektiv qoruyuculuq xüsusiyyətinə malik olduğunu qeyd edib: “Hər zaman görüntüdən anlaya bilmərik. Standartlara uyğun olaraq istehsal olunan maskalara üstünlük verməyimiz daha məqsədəuyğundur”.