Əfqanıstanda məscidə silahlı hücum zamanı səkkiz nəfər öldürülüb

0
284
Əfqan qüvvələri

Əfqanıstanın Nanqarhar əyalətində silahlı hücum nəticəsində səkkiz nəfər həlak olub.

Bu barədə yerli hakimiyyətə istinadən “Tolo News” telekanalı xəbər verir.

Əyalət rəhbərinin sözlərinə görə, hadisə Cəlilabad şəhərində, məsciddə şənbə günü axşam olub. Naməlum silahlılar dua edən bir ailənin üzvlərinə atəş açıblar.