Azərbaycan İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət tətbiq etdi

0
305
An Indian health worker culls a rooster at a government poultry farm in Lembucharra following a potential threat of the H5 strain of the Avian influenza virus. -- Culling began after a fresh outbreak of a potential threat of the H5 strain of the Avian influenza virus on a poultry farm at the Indian Council Research Centre at Lembucharra, about 45km from Agartala. 27th January 2012

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Şərqi Azərbaycan, Rəzavi Xorasan, Simnan, Qəzvin və Əlburz əyalətlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Şərqi Azərbaycan, Rəzavi Xorasan, Simnan, Qəzvin və Əlburz əyalətlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.