Ünvanlı dövlət sosial yardımın məbləği artıb – FOTO

0
380

2021-ci ilin mart ayında 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği 246 manat təşkil edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Qurumdan qeyd edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.6 faiz artım deməkdir.