Sosial medianın gücü – 15 il sonra ailəsinə qovuşdurdu

0
383

25 yaşında evini tərk edərək İstanbula gedən İzmir sakini Köksal Kasapoğlunun ailə dramı Türkiyədə çoxlarının diqqətini cəlb edib.

Psixoloji durumunda problem olan gənc ailəsini bu illər ərzində ölü bilib.

Küçədə bomj həyatı yaşayan gənci vətəndaşlardan biri çəkib internetdə nümayiş etdirib. Onu tanıyanlar bu şəxsin ailəsinin sağ olduğunu bildiriblər.

Nəticədə onun 15 illik həsrətinə son qoyulub. Yaşlı anası və qardaşlarını görəndə şok yaşayıb.