Tarixdə ən iddialı vaksinləmə: üç ay ərzində təxminən 600 milyon doza

0
335

Dünya özünü COVID-19-dan qorumağa çalışır.

Cəmi üç ay ərzində dünyada 596 milyon doza vaksin tətbiq olunub. Bu da 100 nəfərə nisbətdə 7,7 doza təşkil edir. Əhalinin daha çox peyvənd edildiyi ölkələrdən biri olan İsraildə bu rəqəm hər 100 nəfərə nisbətdə 116 dozaya yüksəlib.

Aİ-nin əksər ölkələrində, o cümlədən İspaniya və İtaliyada bu göstərici 17 doza təşkil edir. Dünya əhalisinin ən azı 2 faizi immunlaşdırılıb. Amma ölkələr arasında vaksinləmə səviyyəsi qeyri-bərabərdir. İsraildə əhalinin 55 faizi artıq iki dəfə peyvənd olunub. Bu siyahıda daha sonra Çili (18 faiz), ABŞ (16 faiz) ölkələri gəlir.

İspaniya, Danimarka, İslandiya, Yunanıstan, İtaliya, Almaniya kimi əhalinin təxminən 6 faizinin peyvənd olunduğu ikinci qrupa daxildir. “Pfizer-BioNTech” və “AstraZeneca” şirkətlərinin vaksinlərinin üstünlük təşkil etdiyi Avropa İttifaqında əhalinin 5,7 faizi artıq peyvənd olunub.

İspaniya və Avropada yanvar ayından etibarən vaksinləmə prosesi gözlənilmədən sürətlənir. İspaniyada fevral ayının sonunda gündə yalnız 2 min doza tətbiq olunub. Bu həftə isə, vaksinləmə prosesi rekord həddə, hər bir milyon nəfərə nisbətdə 4 min dozaya çatıb.

Latın Amerikasında qonşu ölkələrə nisbətən dörd və ya beş dəfə çox gündəlik dozalar təqdim edən Çili xüsusilə fərqlənir. Burda əhalinin 18 faizi artıq tamamilə immunlaşdırılıb. Çili tibb işçilərinin immunizasiyası üçün Çinin “Sinovac” şirkətinin 60 milyon dozalıq “CoronoVac” vaksinini alıb. Çilinin vaksinləmə strategiyası iyun ayının sonuna qədər bütün yaşlıların immunlaşdırılmasını nəzərdə tutur.

Argentina lap əvvəldən Rusiyanın “Sputnik V” vaksininə üstünlük verib. Daha əvvəl isə Meksika Rusiyadan 24 milyon dozalıq “Sputnik V” vaksini alıb.

Vaksinləmə prosesi, ilk növbədə, qocalar evlərindəki yaşlı insanları, daha sonra isə bütün yaşlı əhalini peyvənd etməyi nəzərdə tutur. Bu qrupdan olan insanlar daha həssas olduğundan onlara üstünlük verilir. III Karlos adına Sağlamlıq İnstitutunun məlumatlarına görə, İspaniyada COVID-19-dan ölüm hallarının 65 faizini yaşı 80-dən yuxarı olanlar təşkil edir.

Yeni məlumatlara görə, İspaniyada yaşı 71-dən yuxarı olan insanların 80 faizi ən azı bir dəfə peyvənd olunub. Bu, Səhiyyə naziri Karolina Darias tərəfindən təsdiqlənmiş vaksinləmə layihəsinin mart ayında 80 faizinin yerinə yetirilməməsi deməkdir. Bu, Xəstəliklərin İdarə Edilməsi və Qarşısının Alınması üzrə Avropa Mərkəzinin (ECDC) məlumatına görə, təxminən 60 faiz təşkil edir. Bu yaşda olan insanların əksəriyyəti artıq müəyyən immunitetə malik olur və onlar, bir neçə həftə keçəndən sonra peyvənd olunacaq.

Ən yaşlı insanların peyvənd edilməsində İspaniya 10-cu yerdədir. 25-49 yaş qrupunda isə, peyvənd edilmiş əhalinin ən yüksək faizi (10 faiz) ilə İspaniya üçüncü yerdədir. İspaniyada COVID-19-dan hər beşinci ölüm hadisəsi yaşı 70 və daha çox olan insanların payına düşür.