Heyvanın faydaları

0
439
Heyvanın faydaları

Qış süfrələri üçün əvəzolunmaz olan heyva dadlı olmaqla yanaşı, vitamin və minerallarla da sağlamlığımıza və gözəlliyimizə müsbət təsir edir. Saçların güclənməsində, mədə-bağırsaq xəstəliklərindən qorunmaqda və dərinin cavan qalmasında əhəmiyyətli rola malikdir. Heyvanın meyvəsi qədər, yarpaqları da faydalıdır. Buna görə heyva yarpaqlarını qurudub qış aylarında çay kimi istehlak edirlər.

Heyvanın faydalarını təqdim edirik:

1. Sürətli arıqlamağa kömək edir

Heyvanın tərkibində şəkər az olduğundan qan şəkərini yüksəltmir. Buna görə şəkərli diabetiniz varsa, heyva yeyə biləriniz. Heyva eyni zamanda lifli quruluşu sayəsində toxluq müddətinizi uzadaraq, arıqlamağınıza da kömək edir. Pəhriz yeməkləri yeyirsinizsə, heyvanı qaynadıb dadlı desertlər hazırlaya bilərsiniz. Bununla birlikdə heyva ölçüsünə də diqqət yetirməlisiniz.

2. İmmunitet sistemini gücləndirir

Heyva içindəki C vitamini və fitokimyəvi maddələr sayəsində immunitet sisteminizin güclənməsinə kömək edir. Gündəlik C vitamin ehtiyacınızın 1/4 hissəsini ödəməklə bədəni virus və bakteriyalardan qoruyur.

3.Saçların uzanmasına kömək edir

Dəmir, mis və sink kimi minerallarla zəngin olan heyva, qan dövranı artaraq baş dərisinə daha çox oksigen getməyə kömək edir. Nəticədə saçların sürətlə uzanmasına və güclənməsinə səbəb olur.

4. Xərçəng riskini azaldır

Zərərli hüceyrələrin mutasiyası, yaxud da nəzarətsiz böyüməsi xərçəng riskini artırır. Yüksək antioksidan tərkibli heyva, orqanizmi xərçəngdən də qoruyur.

5. Qanazlığı üçün faydalıdır.

Heyva içindəki yüksək dəmir miqdarı sayəsində qan hüceyrələrinin istehsalını artırır. Anemiya probleminiz varsa, heyva dəmir istehlakınızı artırmaq üçün yaxşı bir alternativ ola bilər.