Karantində sərnişinlər ən çox bu nəqliyyatdan istifadə edib

0
337

2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 47,7 faiz azalıb.

2021-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 162,3 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8 faizi avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-fevral ayları ərzində 300,5 min sərnişin daşınıb, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 64,1 faiz azalma müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz azalaraq 2,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 161,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz azalma qeydə alınıb. Sərnişinlərin 92,8 faizi avtobus, 7,2 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Hava nəqliyyatı ilə 59,3 min və ya 82,6 faiz az sərnişin daşınıb.