Koronavirusun Britaniya ştammı nədir? – SORĞU

0
313

Digər viruslardan fərqli olaraq koronavirusun Britaniya ştammı daha sürətli yoluxdurma qabiliyyətinə malikdir. Artıq Azərbaycanda da rast gəlinən COVID-19 infeksiyasının yeni növünün daha təhlükəli olması təsdiqlənib.

Baku.TV şəhər əhalisi arasında sorğu keçirərək insanların Britaniya ştammı haqqında nə qədər məlumatlı olduqlarını soruşub. Əhali virus barədə geniş məlumatlı olmasa da, Britaniya ştammının yoluxma qabiliyyətinin koronavirusdan daha sürətli olduğunu bilir. 

Yeni növ virusun daha təhlükəli olması barədə operativ qərargahın sonuncu iclasında da məlumat verilib.https://www.youtube.com/embed/d5QIuLAhqoA