Bu gün Azərbaycana yaz gəlir

0
277
   Bu gün Azərbaycana yaz gəlir

Bu gün Azərbaycana yaz fəsli daxil olacaq. Yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 13:37-yə təsadüf edəcək.

Belə ki, bu gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.