Beynəlxalq Strateji Araşdırmalar İnstitutu Qarabağ müharibəsilə bağlı təhlil hazırlayıb

0
377

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (International Institute for Strategic Studies) saytında “Dağlıq Qarabağ dərslərini Rusiya yolu ilə öyrənmək” adlı məqalə dərc olunub.

Məqalənin müəllifi Aleksandr Stronell Qarabağ münaqişəsindən hasil olan nəticələri rusiyalı analitiklərin mövqeyi baxımından izah etməyə çalışıb. Onun sözlərinə görə, Qərb təhlilçiləri Azərbaycanın qələbəsini yalnız dron texnologiyası və Türkiyənin köməyi ilə əlaqələndirirlər. Halbuki, bu əslən belə deyil.

Məqalədə Qarabağ müharibəsindən bütün maraqlı tərəflərin öyrənməli olduğu dörd başlıca dərs qeyd edilir.

Bunlardan ən birincisi, birbaşa hərbi əməliyyatlar meydanında olan canlı qüvvələrin döyüş keyfiyyətinin hələ də çox vacib amil olmasıdır. İkinci ən mühüm dərs, 44 günlük müharibənin yerüstü məkanda köhnə istehkam taktikasından istifadə etməyin yanlış olduğunu sübut etməsidir.  

Məqalə müəllifinin fikrincə, milli mübarizə iradəsinin hələ də çox şeyi həll etməsi münaqişədən hasil olunan üçüncü mühüm nəticədir. Və nəhayət, dördüncü dərs özünütənqidin olduqca mühüm əhəmiyyət kəsb etməsidir.

Yazının sonunda A.Stronell müharibənin Rusiya üçün başlıca dərsini də qeyd edərək bildirir ki, bundan sonra Rusiya müharibələrin bir çox məkanlarda və sahələrdə aparılmasını, eləcə də mübarizə aparan xalqların xüsusiyyətlərini nəzərə almalıdır.