Liviya ilə Misir arasında RAZILAŞMA

0
316

Liviya ilə Misir arasında 2013-cü ildə imzalanan əməkdaşlıq memorandumu bir daha təsdiqlənib.

Liviyanın Qahirədəki səfirliyi Liviya Əmək Nazirliyi və Misir Əmək Nazirliyinin misirli işçilərin Liviyaya giriş prosedurlarını asanlaşdırmağı qəbul etdiklərini açıqlayıb.

“İki nazirlik arasında 2013-cü ildə Liviyadakı misirli işçilərlə bağlı imzalanan əməkdaşlıq memorandumunun tərəflər arasında Qahirədə təşkil edilən görüşdə yenidən həyata keçirilməli olduğu qənaətinə gəlindi”, – səfirlikdən edilən açıqlamada qeyd edilib.

Tərəflər hər iki ölkənin limanlarından giriş prosedurlarını Pasport Bürosu ilə razılaşdırmaqla asanlaşdırmaq üçün iki nazirlik arasında internet əsaslı əlaqələrin tətbiq edilməsinə, həmçinin misirli işçi qüvvəsinin Liviya bazarının məlumat bazasını bilməyə və məlumatların verilməsinə ehtiyac olduğunu bildiriblər.

Əlavə olaraq, bu məqsədlə texniki tənzimləmələri tamamlamaq üçün Liviyaya səfər etmək məqsədilə hər iki nazirlik və Misir texniki heyəti arasında ortaq daimi komitənin yaradılmasına qərar verilib.