Hindistan Azərbaycandan hərbi xərcləri ağıllı idarə etməyi öyrənə bilər

0
355

Son bir neçə gündə Hindistanın müdafiə sahəsinə ayırdığı vəsait yenidən diqqət mərkəzində olub.

Hindistanın keçmiş Ordu Komandanı, general Ved Prakaş Malik nəşrə açıqlamasında deyib ki, ölkəsi müdafiəyə çox pul xərcləmir. Keçmiş ordu rəsmisinin sözlərinə görə, Çinin müdafiə büdcəsi Hindistanın müdafiə üçün ayırdığı xərcin təxminən dörd qatına bərabərdir. Odur ki, rəsmi Dehlinin müdafiə büdcəsi ÜDM-nin ən azı 3 faizinə bərabər olmalıdır.

Qeyd olunub ki, Hindistanın 2021-ci ilin dövlət büdcəsində Silahlı Qüvvələr üçün ayrılan vəsait ötən ilə nisbətən 1,5 faiz artıb, hal-hazırda ümumi müdafiə büdcəsi ÜDM-in 2,14 faizini təşkil edir.

Nəşr bildirib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) rəqəmlərinə görə, 2009-2018-ci illər arasında Azərbaycan müdafiə üçün təxminən 24 milyard ABŞ dolları xərcləyib. Eyni dövrdə Ermənistanın müdafiə xərcləri 4 milyard ABŞ dollardan bir qədər çox olub.

“Azərbaycanın atdığı başqa bir ağıllı addım təkcə silah arsenalını artırmaq olmadı, həm də mənbə siyahısını şaxələndirmək oldu. Lakin, Ermənistan ancaq silah almaqda əsas diqqətini Azərbaycana da silah tədarük edən Rusiyaya yönəltdi. Bu zaman, Azərbaycan ağıllı davranaraq satınalmalarını şaxələndirdi və Rusiya ilə bərabər Türkiyədən, İsraildən də müdafiə sənayesi məhsullarını tədarük etdi.

Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutunun (IWPR) məlumatlarına görə, İsrail 2015-2019-cu illərdə silah idxalına görə Azərbaycanın hərbi sahədə ən böyük ticarət tərəfdaşı olub. Bu dövrdə İsrailin Azərbaycanın silah idxalındakı payı 60 faiz, Rusiyanın 31 faiz, Türkiyənin isə 3,2 faizdir. Qalan 5,8 faiz Ukrayna, Belarus, Pakistan və Çinin payına düşür.

Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişatında silah alışının şaxələndirilməsi hesabına, Türkiyənin “Bayraktar TB2” dronu və İsrailin “Heron-TP” dronu kimi silahlardan istifadə etməklə öz xeyrinə dəyişdi”.

Vurğulanıb ki, Azərbaycan hökuməti silah alışı üçün tərəfdaş seçərkən mövcud siyasi müttəfiqlərə üstünlük verir. Beləliklə, Azərbaycan üçün 2010-2015-ci illərdə Rusiya, 2015-2019-cu illərdə İsrail, 2020-ci ildə Türkiyə əsas tərəfdaş olub:

“Çox aydındır ki, əsas olan çox xərcləmək deyil, əsas olan büdcənin imkanları çərçivəsində vəsaiti ağıllı xərcləməkdir”.