Ermənistanda 180 hərbçi, 12 komandir həbs edildi

0
335

Ermənistanda, təxminən 180 hərbçi, 12 komandir, 2 yüksək rütbəli zabit həbs edilib.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin bölmələrində Qarabağ müharibəsi ilə bağlı 12 500-dən çox insanın iştirak etdiyi 1500-ə yaxın cinayət işi açılıb. Bu çərçivədə 500-dən çox insan məhkəməyə verilib.

Qəzetin mənbələrinə əsasən, cinayət işlərinin ilkin istintaqı çərçivəsində 103 mindən çox insanın, o cümlədən 3300-dən çox ölü, 9 mindən çox yaralı, 90 mindən çox “məcburi köçkünün” qurban kimi tanınmasına qərar verilib.