Vaksin vurduranlar niyə xəstəliyi yüngül keçirir?

0
287

Vaksin vurduranlar və koronavirusa yoluxan insanlar niyə ikinci dəfə xəstəliyi yüngül keçirir? İmmunitet varsa, niyə yenidən virusa yoluxurlar? İmmunitet yoxdursa, virusu yüngül keçirmələrinin səbəbi nədir?

Anestezioloq-reanimatoloq Şahin Məmmədov insanları maraqlandıran bu suallara cavab verib.

“Biləsiniz ki, immun sistemi milyonlarla il ərzində inkişaf yolu keçib, mürəkkəb, çoxpilləli və çoxbudaqlı bir sistemdir. İmmun hüceyrələriniz – əsgərlərdir. Odur ki, xəstəliyi ağır keçirən insanlarda daha dayanıqlı immunitet əmələ gəlir.

İmmunoqlobulinlər 6 aydan sonra itərsə, virusa təkrar yoluxma olur. Amma xəstəlik yüngül keçir. Çünki sizin immun T və B hüceyrələriniz də var. Yəni humoral immunitetdən başqa hüceyrə immuniteti də var. Bu hüceyrələrin keçmiş SARS virusundan sonra 10 illərlə qanda qaldığı tədqiqatlar nəticəsində məlum olub. COVID-19-un yaratdığı hüceyrə immunitetinin SARS virusunun yaratdığı immunitetdən fərqli olacağına əsaslı səbəb yoxdur. Nadir istisnalar olsa da, bu, qaydanı dəyişmir”.