Ermənilərin Azərbaycana atmaq istədiyi iftira özləri tərəfindən çürüdüldü: müharibə vaxtı…

0
293

Qarabağdakı qondarma rejimin rəhbərinin xüsusi nümayəndəsi Boris Avaqyan Qarabağda minaların təmizlənməsi ilə məşğul olan “The HALO Trust” təşkilatının müharibə dövründə Azərbaycana minalanmış ərazilərin xəritələrini verdiyini iddia edib.

İddia ermənilərin özləri tərəfindən çürüdülüb.

Separatçı rejimin rəhbərinin mətbuat katibi Lusine Avanesyan “Sputnik Ermənistan”a açıqlamasında Avaqyanın sözlərinin “prezident”in mövqeyini əks etdirmədiyini deyib. Onun sözlərinə görə, “HALO Trust” hələ də Qarabağda mina təmizləməyə davam edir.

Separatçıların keçmiş “prezidenti” Bako Saakyanın mətbuat katibi olmuş Tiqran Abrahamyan vurğulayıb ki, təşkilatın Qarabağdakı minalanmış əraziyə girişi olub, ancaq cəbhə xəttində heç bir iş görməyib. Onun işi kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan ərazilərdə gedib. Abrahamyan qeyd edib ki, müvafiq strukturlar sürətli reaksiya verməlidir, çünki mövzuda ciddi təhdidlər var. Onun fikrincə, şirkətin bütün Qarabağ ərazisindəki minalanmış sahələr barədə məlumatlarının olması ehtimalı çox azdır.

Məsələ ilə bağlı təşkilatdan verilən açıqlamada da iddialar təkzib olunub. Bildirilib ki, “HALO Trust” yalnız dünyanın münaqişə bölgələrində fəaliyyət göstərə bilər. Bu açıqlama mütləq yalandır.

Qeyd edək ki, hazırda Qarabağda Rusiya sülhməramlı kontingenti və Türkiyədən gələn mütəxəssislər minaların təmizlənməsi mövzusunda fəal iş aparır.

“HALO Trust” mülki vətəndaşlar üçün təhlükə yarada biləcək minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olur. Şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb.