Azərbaycanda üç oğlan tələbə qızı zorla qaçırdı – AÇIQLAMA

0
407

Samux rayon sakini, 21 yaşlı qız məcburi qaçırılıb. Bu barədə Gülər Mirzəyevanın anası iddia edib.

O bildirib ki, qızı Azərbaycan Dövlət Aqrar Universitetinə istehsalat təcrübəsinə gedən zaman onu Vüsal adlı şəxs və iki tanışı məcburi qaçırıb:

“Oğlanın ailəsi elçi gəldi, qızım istəmədi. Bu gün məcbur qaçırıblar. Polis qızımın qaçırılması ilə bağlı məsələyə baxmır.”.

https://ads.adviad.com/www/images/fb1f32eeeb71cc5206406de43a78e576/

mazda.azDaha ətraflı

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın gedişatı barədə valideynlərə məlumat verilib”.

“Polis əməkdaşları barədə səslənən fikirlər həqiqəti əks etdirmir”,- deyə o əlavə edib.