Hindistanlı gəlin ata evindən ayrılarkən ağlamaqdan öldü

0
340

Hindistanda ənənəvi toy mərasimi zamanı gəlin ağlamaqdan ölüb.

Odişi ştatında gənc xanım ürək dayanması nəticəsində vəfat edib.

Hadisə gəlinin ata evi ilə xudahafizləşməsini nəzərdə tutan “bidaay” ayini zamanı baş verib. Bir qayda olaraq, ayin zamanı qızların ağlaması adi hal sayılır.

Lakin ölən gəlinin həddindən artıq çox ağladığı bildirilib. Huşunu itirən xanım dərhal xəstəxanaya çatdırılsa da, tibb işçiləri onun həyatını xilas edə bilməyiblər.

Mərhumun üç ay öncə atasını itirdiyi qeyd olunur.