Beynəlxalq Kosmik Stansiyada film çəkiləcək

0
547

Beynəlxalq Kosmik Stansiyada film çəkiləcək. Filmdə baş rolu ifa edəcək aktrisanın seçimləri davam edir.

20 aktrisa kosmosda aparılacaq çəkilişlərdə iştirak etmək hüququ üçün yarışacaq. Onlar uçuş komissiyası önündə müxtəlif sınaqlardan keçəcəklər.

Qeyd edək ki, film rusiyalı kinematoqrafçılar tərəfindən lentə alınacaq. Şərti adı “Çağırış” olan filmin rejissoru Klim Şipenkodur.

Ekran əsəri Rusiya Kosmik Agentliyi, “Pervıy kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir.