Əsədulla Qurbanov: “INK dövlətin məhək daşıdır” – Video

0
326

“Ictimai Nəzarət sovet dövründə fəaliyyət göstərən Dövlət Nəzarəti sistemini bir növ əvəz edir.
Ictimai Nəzarət Koalisiyasının fəaliyyətinin önəmli, əhəmiyyətli cəhəti xalqın problemini xalqın dili ilə ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırmasıdır.
Ictimai fəaliyyətin bütün sahələrini, eyni zamanda ölkənin hər bir orqanının işini nəzarətdə saxlayan, müraciət edən müxtəlif şikayətçilərin problemlərinin yerli və rəsmi həllində dayanmadan çalışan Ictimai Nəzarət Xalqın səsidir desək, səhv etmərik”.
Bu sözləri BDU-nun Islamşünaslıq Elmi Təhqiqat Mərkəzinin rəhbəri, Fəlsəfə kafedrasının professoru, fəlsəfə elmləri doktoru, INK-nın fəxri üzvü Əsədulla Qurbanov INK-da Rasim Məmmədovla görüşü zamanı söyləmişdir.
Əsədulla Qurbanov eyni zamanda bildirmişdir:
“INK mübtəda rolunu oynayır, yəni dövlətin, cəmiyyətin yeni uğurlarının əldə edilməsində bu cəmiyyətin çox böyük rolu var.
Hörmətli Rasim müəllimin böyük bacarıqla rəhbərlik etdiyi Ictimai Nəzarət Koalisiyası xalqın düşüncəsinə, təfəkkürünə, arzularına yönələn istiqaməti ilə ölkənin bütün ictimai-siyasi, mədəni, sosial və digər sahələrini əhatə etmişdir. Eyni zamanda bu sahələrdə çalışan rəsmi şəxslərin, dövlət və ictimai xadimlərin, ziyalı təbəqənin, sənət adamlarının bacarığından, istedadından, fəaliyyətindən çox səmərəli istifadə olunur.
Başqa ictimai təşkilatlarla müqayisədə INK-nın funksiyası, rolu, göstərdiyi iş o qədər önəmlidir ki, müstəqil dövlətimizin demək olar ki, məhək daşıdır, aparıcı istiqamətidir.
INK respublikamızın qaynaqlarına arxalanaraq dövlətin siyasətini, cəmiyyətin təfəkkürünü, gələcəyə olan əsas istiqamətini ümumiləşdirib xalqa çatdırır, xalqla bir yerdə müzakirə edir, xalqı düşündürən məsələləri gündəlik programına salır, xalqdan gələn önəmli fikirləri yekunlaşdıraraq onların həyata keçməsinə çalışır”.

“ictimainəzarət.info”