Serbiya prezidenti və ailə üzvlərinin telefon danışıqları dinlənilib

0
302

Serbiyanın daxili işlər naziri ölkə prezidenti Aleksandar Vuçiç və ailə üzvlərinin telefon danışıqlarının qeyri-qanuni dinlənildiyini bəyan edib.

Nazir bununla bağlı çox sayda faktlara malik olduqlarını deyib.

“DİN ölkə prezidenti və ailəsinin telefon danışıqlarının qeyri-qanuni dinlənilməsilə əlaqədar 1572 fakt qeydə alıb”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, prezidentlə yanaşı, onun qardaşı Andrey, atası Andjelko və oğlu Danilonun da telefon danışıqları dinlənilib.

DİN rəhbəri həmçinin bütün sübutların artıq ölkə prokurorluğuna təqdim olunduğunu da bildirib.