Həkim: “Koronavirusa yoluxma 500-ü ötsə, karantin sərtləşə bilər”

0
314

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.

İ. Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.

Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:

“Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm”