319122
Ombudsmanın illik hesabatı parlamentdə müzakirə olunacaq
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsi hazırdır.
Bu barədə Milli Məclisdən məlumat əldə edib.
Hesabat artıq Milli Məclisdədir. Martın 10-da parlamentin İnsan hüquqları komitəsinin iclasında məruzə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, məruzənin Ombudsman Səbinə Əliyeva tərəfindən təqdim edilməsi gözlənilir.