İkinci əl avtomobil alan şəxslər bu cür ALDANIRLAR

0
398

Bir sıra əcnəbi ölkələrdə, eləcə də Türkiyədə hazırda ikinci əl avtomobil satışlarından vergi tutulması ilə bağlı müxtəlif qanunlar müzakirə olunur.

Bu, əksər yerlərdə ikinci əl avtomobil bazarına olan tələbatla bağlıdır.

Bəs, Azərbaycanda belə məsələlər necə tənzimlənir?

Mövzu ilə bağlı danışan avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda da ikinci əl avtomobil satışlarından vergi tutulur:

“Ölkəmizdə rəsmi avtomobil dilerləri, distrübitorları ilə yanaşı. qeyri-rəsmi olanlar da var. Onlar müxtəlif markalı avtomobnilləri Azərbaycana gətirir, satırlar. Bunlar hər biri qanun çərçivəsində həyata keçirilir. Həmin fiziki və hüquqi şəxslər təbii ki, dövlətə vergi ödəyirlər. Vətəndaşlar arasında isə alqı-satqı həyata keçirilirsə, bu sənədləşdirilir və dövlətə rüsum ödənir. Düşünürəm ki, avtomobil satışı ilə bağlı xüsusi bir qaydaya ehtiyac yoxdur. Çünki hamısı vergi məcəlləsinə uyğun olaraq tənzimlənir”.

Mütəxəssisin fikrincə, ikinci əl avtomobil bazarında onlayn satışı tənzimləmək lazımdır:

“Bilirsiz ki, vətəndaş avtomobilini satanda centlmensayağı razılaşma həyata keçirirlir. Sahibi deyir ki, maşının heç bir problemi yoxdur. Eyni zamanda da heç kim rəsmi sənəd təqdim edə və onlayn alqı-satqı həyata keçirə bilmir. Çünki Azərbaycanda bu sahədə hansısa iş görülmür. 2019-2023-cü illər üzrə Dövlət Proqamında da əks olunub ki, avtomobillərin texniki baxışı lisenziyalaşdırılmış, sertifikatlaşdırılmış servislərdə həyata keçirilə bilər. Təəssüf ki, bu məsələ kənarda qalıb. Bilirsiz ki, ildə bir dəfə avtomobillərə texniki baxış yalnız Dövlət Yol Polisi tərəfindən həyata keçirilir. Yol polisində isə bu texniki baxışı həyata keçirməyə xüsusi avadanlıq və mütəxəssislər yoxdur. Buna görə də avtomobillərin tam diaqnostikasını keçirmək olmur. Avtomobillər ildə bir dəfə tam diaqnostikadan keçsələr, rəsmi sənədlər verilsə, ikinci əl avtomobilin alqı-satqısı zamanı vətəndaş aldanmaz. İndi isə belə deyil. Çünki avtomobilin texniki vəziyyəti barədə sənəd yoxdur. Rəsmi sənəd DYP və ya sertifikatlaşdırılmış rəsmi servis tərəfindən verilə bilər. Bunlar olmadıqda ikinci əl avtomobil bazarında onlayn alqı-satqı da mümkün olmur. Halbuki pandemiya vəziyyətində buna çox ehtiyac var”.