Türkiyə Çin istehsalı koronavirus peyvəndinin effektivlik faizini açıqladı

0
342

Türkiyədə Çinin “Sinovac” firmasına aid koronavirus peyvəndinin effektivliyi barədə aparılan testlərin nəticəsi 83.5 faiz olub.

Aparılan tədqiqatların nəticəsində peyvəndin xəstəliyin ağır şəkildə keçməsinin və ya xəstələrin tibb müəssisəsinə yerləşdirilməsinin qarşısını almaq göstəricisi 100 faiz olub.

Qeyd edək ki, araşdırma Türkiyənin Hacettepe Universitetinin koordinatorluğunda ölkədəki 24 mərkəzdə həyata keçirilib.