Rusiya Azərbaycanın daha 27 müəssisəsinə qoyduğu qadağanı aradan qaldırdı

0
362

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) martın 3-dən etibarən Azərbaycanın səkkiz alma və 19 pomidor istehsalı müəssisəsinə öz məhsullarını Rusiyaya ixrac etməsinə icazə verib.

Qeyd olunur ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti və birgə video-yoxlamalar zamanı məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən verilib