Bakıda küçəyə atılan dörd yaşlı qızla bağlı araşdırma başladı – RƏSMİ

0
305

“Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”. 

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır:

“Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib. 

Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.

Uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub:

“Faktla bağlı araşdırma aparılır”.