İranın Türkiyədəki səfiri XİN-ə çağırıldı

0
318

İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Xarici İşlər Nazirliyinə çağırılıb.

İran səfirinə bildirilib ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscidi “Rudav” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

Məhəmməd Frezamend isə öz növbəsində İraqdakı həmkarı İrec Məscidinin Türkiyə əleyhinə açıqlamaları ilə razılaşmadığını bildirib. O, qeyd edib ki, Türkiyənin İraqın sabitliyi və təhlükəsizliyinə yönələn PKK təşkilatı əleyhinə keçirdiyi əməliyyatların terrora qarşı olması Bağdad da daxil olmaqla hamıya məlumdur.