Prezident: “Zəngəzur dəhlizi ilə Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər”

0
332

“Regionun gələcək inkişafı üçün unikal imkanlar yaranıb”.

Bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.

“Biz və bizim bir çox tərəfdaşımız hesab edir ki, müharibə başa çatıb. Biz artıq kitabın o səhifəsini bağlamalıyıq və gələcəyə baxmalıyıq”, – deyə Prezident əlavə edib.

Dövlət başçısı bildirib ki, Azərbaycanla qonşuları arasında regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılıqları yoxdur.

“Rusiya, Türkiyə və İran rəhbərləri ilə mənim bu məsələlərlə bağlı bir çox söhbətlərim olub. Biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, bu imkanlardan maksimum səmərə ilə istifadə edək”.

Ölkə rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizi ilə Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər:

“Əgər müsbət meyillər üstünlük təşkil edərsə, hər bir icra edilən layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq”.