Prezident fərman imzaladı

0
318

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilir.

“Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamının 1 – 2-ci hissələrində və 5.2-ci bəndində “İqtisadiyyat” sözü “Ekologiya və Təbii Sərvətlər” sözləri ilə əvəz edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Böyükşor və Zığ göllərinə aid bütün sənədləri və məlumatları bir ay müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verəvək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.