Son 3 gündə 8 kimsəsiz şəxs sığınacağa yerləşdirilib

0
429

Son üç gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 8 nəfər yerləşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov deyib.

Onun sözlərinə görə, yardımla bağlı vətəndaşlar tərəfindən 20 zəng daxil olub:

“Həssas əhali qruplarından olan şəxslərin sığınacağa yerləşdilməsi üçün 20 müraicət daxil olub ki, bu zənglərdən bir çoxu eyni şəxslər üçün edilib. Məhz ötən gün isə sığınacağa daha 3 nəfər yerləşdirilib”.

Qeyd edək ki, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar hazırda Müəssisə gücləndirilmiş iş rejimində işləyir. Aidiyyatı qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.