Ərdoğana tələ qururlar – Səlvi

0
381

“Ərdoğana tələ qurmaq istəyirlər. Ədalət və İnkişaf Partiyasını Ərdoğandan, Ərdoğanı da AKP-dən qoparmaq niyyətindədirlər”.

Bunu “Hürriyət” qəzetinin köşə yazarı Əbdülqədir Səlvi iddia edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının rəhbərliyini başqa şəxsə tapşıracağı iddialarını qələmə alan yazar bildirib ki, 24 martda gerçəkləşdiriləcək parlament konqresində partiya kadrlarının əhəmiyyətli dərəcədə yenilənməsi gözlənilir. Lakin bunlar arasında Ərdoğanın partiyanın liderliyindən çəkilməsi yoxdur: “Liderlik Ərdoğanın qırmızı xəttidir. O, prezidentli hökumət sistemini ən çox partiyasına rəhbərlik etmək üçün istəmişdi. Bu səbəbdən nüsxə kimi görünən bu formulun AKP-ni Ərdoğandan almaq üçün bir tələ olduğunu düşünürəm”.