Bakıda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB

0
269

Bakı şəhərinin Yasamal rayonunda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

09:38

Bakıda yaşayış binası yanır.

Hadisə Tbilisi prospektində baş verib. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları cəlb olunub.