İNK “Qarabağ Azərbaycandır…” xalçasının hazırlanmasına nəzarət edir

0
620

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB-nın sifarişi ilə müəllifi tanınmış rəssam Tahir Məcidov olan 3×2 metr ölcüdə “QARABAG AZƏRBAYCANDIR! QARABAG BİZİMDİR!” adlı Xalcanın toxunulmasına rəhbərlik edən İNK-nın Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Selcan Seyfullayeva İNK sədri Rasim Məmmədova işin gedişatı ilə əlaqədar məlumat verdi.
İctimai Nəzarət Koalisiyasının təşəbbüsü ilə hazırlanan xalça ölkə başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi formada və dəmir yumruğu ilə fotosunu əks etdirəcək.
Xalçada həmçinin dahi şəxsiyyətlərin, Qarabağ atlarının, Qarabağın milli atributlarının əksi nəzərdə tutulmuşdur.
Xalçanın hazırlanmasının dekabr ayının 24-nə kimi başa çatdırılması nəzərdə nəzərdə tutulur.