Bakı-Sumqayıt yolunda minik avtomobili yandı – VİDEO

0
333

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub. 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yanğın zamanı yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.