UEFA-dan AVRO-2020 və təşkilatçı şəhərlərlə bağlı açıqlama

0
366

Futbol üzrə 2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək.

Bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar “Sport-Express” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: “Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır”.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.