Hindistanda enerji yığan telefonun partlaması nəticəsində 12 yaşlı uşaq yaralanıb. Valideynləri tərəfindən xəstəxanaya aparılan uşaq orada vəfat edib.
Hadisə Hindistanın Madya Pradeş şəhərində baş verib. Yerli mətbuatın verdiyi məlumata görə, Lakhan adlı uşaq enerji yığması üçün cərəyana qoşulmuş telefonla oynayarkən telefon partlayıb. Valideynləri partlayış səsinə otağa qaçıblar və uşağın yaralandığını görüblər. Həkimlərin səyinə baxmayaraq, Lakhanın həyatını xilas etmək mümkün olmayıb.