Rüstəmovlar və Əhmədzadələr: Azərbaycanda ən böyük klan…

0
390

Bildiyiniz kimi, Mərkəzi Bankın rəhbəri Elman Rüstməvov Şuşada filial açmaq istəyirdi və dünən Prezident İlham Əliyev məhz buna görə onu sərt şəkildə tənqid etdi. Görünür, E.Rüstəmov orada Bankın filialı ilə bərabər özünə imarət də ucaltmaq istəyirmiş. Amma onun bu arzusu gözündə qaldı.

Fotodakı Elmar Rüstəmov və onun qudası – Su və Meliorasiya Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. E.Rüstəmovun qızı Günel Rüstəmova Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailə qurub.

Azərbaycanda öz vəzifələrini qorumaq üçün məmurların “nikah dipolomatiyası”ndan istifadə etməsi heç kəsə sirr deyil. Bir məmur başqa bir məmurla qohum olur və öz mövqeyini daha da gücləndirir. Bunlar da belə ediblər.

Əhmədzadələr və Rüstəmovlar ailəsinin ölkədə və xaricdə milyardlıq sərvətləri var. Ancaq biz onlardan hələ ki, cəmi birini sizə təqdim edirik:

Ə.Əhmədzadənin oğlu Cumanın “Lipno Investment s.r.o.” şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.

“Lipno Investment s.r.o.” adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.

Bu şirkət Cuma və Günelin Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.

Rüstəmovlar ailəsinin sahib olduqları villalar, mülklər barədə yazacağıq. Amma öncə onun qudası Ə.Əhmədzadənin sərvətlərinin siyahısını təqdim edirik:

VİLLA və MƏNZİLLƏR

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci  mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikanə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

HOTELLƏR və RESTORANLAR:

Qaxda “El Resort” otel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı

YERLİ ŞİRKƏTLƏRİ və  OBYEKTLƏRİ:

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“ULUYURD” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş” MMC şirkəti;

“Elit-R1” MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ:

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur

VƏZİFƏDƏ OLAN YAXIN  QOHUMLARININ BİR HİSSƏSİNİN ADI:

Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı

Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Rəşad Əhmədzadə polis orqanlarında Bölmə rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;

(Konkret.az)

Rüstəmovlar və Əhmədzadələr: Azərbaycanda ən böyük klan...