Badamdarda sürüşmə davam edir

0
356

Bakının Badamdar qəsəbəsindəki sürüşmə ilə bağlı monitorinqlər davam etdirilir. Proseslərin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşma mövcud deyil”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert Saatı”nda çıxışı zamanı çıxışında deyib.

Onun sözlərinə görə, son günlər yağışlı hava şəraiti süxurların kolloidləşməsinə şərait yaradıb:

“Sözügedən ərazidə mərkəzi süxur kütləsinin axması sağ və sol cinahlarında qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Bu da nəmişlik dərəcəsini artırır və bundan asılı olaraq dayanıqlılıq səviyyəsi azalır. Proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda orada bərpa işlərinə başlayaq. İstinad divarlarının tikilməsi və digər tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda yamacboyu su çıxan mənbələr ləğv ediləcək”.

O qeyd edib ki, Bakıda sürüşməyə meyilli sahələr və sürüşmə sahələri deyə iki kateqoriyalı ərazilər var.

“Sürüşməyə meyilli ərazilər geoloji faktorlar əsasında müəyyənləşdir.

Məsələn Zığ massivi, Günəşli, Badamdar, Nübar massivi aktiv sürüşmə sahəsidir. Bunlar baş vermiş faktlar əsasında müəyyən olunub.

Amma digər zonalar var ki, onlar daha az sürüşməyə meyilli sahələrdir. Çünki orada sürüşmə elementlərinə daha az rast gəlinir”.