Minatəmizləmə Agentliyinin daha bir əməkdaşı minaya düşüb

0
274

Bu gün saat 11.00 radələrində Ağdamda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin daha bir əməkdaşı minaya düşüb.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Belə ki, partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonuna ezam olunmuş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti və çoxsaylı qəlpə yaraları alıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.