Ərdoğan bu gün Türkiyə qoşunlarının Azərbaycandakı fəaliyyətini müzakirə edəcək

0
594

Türkiyə Milli Təhlükəsizlik Şurasının ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək iclasında Türkiyə ordusunun Azərbaycandakı fəaliyyəti müzakirə olunacaq.

Eyni zamanda, Türkiyə ordusunun terror təşkilatlarına qarşı əməliyyatları, digər regional və milli təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.