Rəmiş dünyasını dəyişdi

0
293

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı Rafiq Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində alıb.

Rəmiş uzun müddət SSRİ xalq artisti Zeynəb Xanlarovanı, Qədir Rüstəmovu, Rübabə Muradovanı, Səxavət Məmmədovu və s. müşayət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

18 dekabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Xalq artisti” fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!