Bakıda koronavirus xəstəsi itkin düşüb

0
404

Bakıda 72 yaşlı kişi itkin düşüb.

Bu barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən bildirilib.

Məlumatda qeyd edilib ki, koronavirus xəstəliyindən əziyyət çəkən və Ağdam qeydiyyatında olan 1949-cu il təvəllüdlü Səfiyarov Vaqif Ələkbər oğlu Respublika Klinik Xəstəxanasında müalicə olunub. Ötən ilin avqust ayında o, Sabirabad Rayon Mərkəzi Xəstəxasında müalicəsini davam etdirib. Ötən ilin sentyabrında təcili tibbi yardım xidməti onu Respublika Klinik Xəstəxanasının önündə düşürüb. Həmin gündən V.Səfiyarov itkin düşüb.

Onun əlamətləri: Boyu 176 sm, gözlərinin rəngi qəhvəyi və ağ saçlıdır.Onu görənlərdən (012) 430 30 28 şəhər və (055) 564 08 80, (050) 706 11 06 mobil nömrələrinə zəng etmələri xahiş olunur