UEFA 2020-ci ilin kişi və qadınlardan ibarət rəmzi komandaları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.
Rəmzi “11-lik” azarkeşlərin səsverməsinə əsasən müəyyənləşib.
Kişi futbolçulardan ibarət rəmzi “11-lik”
Qapıçı: Manuel Noyer (“Bayern”, Almaniya);
Müdafiəçilər: Yozua Kimix, Alfonso Deyvis ( hər ikisi “Bayern”, Almaniya), Serxio Ramos (“Real”, İspaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə);
Yarımmüdafiəçilər: Lionel Messi (“Barselona”, İspaniya), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Tyaqo Alkantara (“Liverpul”, İngiltərə);
Hücumçular: Kriştianu Ronaldu (“Yuventus”, İtaliya), Robert Levandovski (“Bayern”, Almaniya), Neymar (PSJ, Fransa).
Qadın futbolçulardan ibarət rəmzi “11-lik”
Qapıçı: Sara Buaddi (“Lion”, Fransa);
Müdafiəçilər: Maqdalena Erikson (“Çelsi”, İngiltərə), Vendi Renar, Kadeyşa Byukanan (hər ikisi “Lion”, Fransa), Lusi Bronz (“Mançester Siti”, İngiltərə);
Yarımmüdafiəçilər: Amandin Anri, Sara Byörk Qunarsdotir (hər ikisi “Lion”, Fransa), Keyra Amraui (“Barselona”, İspaniya);
Hücumçular: Delfin Kaskarino (“Lion”, Fransa), Pernila Harder (“Çelsi”, İngiltərə), Daniel van de Donk (“Arsenal”, İngiltərə).