Dünyanın ən balaca körpəsi: Alma boydadır… – Foto Genel 31 Mayıs 2019

0
722

Dünyada bir ilk daha yaşanıb.

Amerikada dünyanın ən balaca körpəsi dünyaya gəlib. San Dieqodakı “Şarp Meri Biç” xəstəxanasının həkimləri bildiriblər ki, bu, çox nadir hadisədir.
Körpə vaxtından əvvəl doğulub. “Uşaq doğulanda cəmi 245 qram çəkisi var idi və dəqiqliklə alma boyda idi” – deyə həkimlər bildirib. Ayova universitetinin rəsmi statistikasına görə, bu qız uşağı dünyanın ən kiçik uşağı hesab edilə bilər.

Qeyd edək ki, körpə 5 ayına qədər xəstəxanada qalıb. Hazırda isə uşaq tam sağlamdır.