Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü

0
279

Bakının Nizami rayonunda 15 yaşlı Məmməd Elvin Elçin oğlu ötən gün itkin düşüb.

Bu barədə onun atası Elçin Məmmədov bildirib. O qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib. E.Məmmədovun psixoloji problemləri var. Onun eşitmə qabiliyyətində də məhdudiyyətlər mövcuddur.